Oğlanların acizliyi: Anam kimi desə, onu da alacam

5-09-2012, 17:00  |  Aktual » Gəlin, müzakirə edək!

Deyirlər ki, insan gərək həyatda iki şeyi elə seçə ki, ömrünün sonunacan peşmançılıq çəkməyə. Bunlardan biri insanın peşə və ya sənət seçimi, digəri isə onun ömür-gün yoldaşıdır. Əksər hallarda insan öz ətrafında olan hər şeyi dəyişib yeniləyə bilmə imkanı qazansa da, həyat yoldaşını dəyişmə şansı çox az olur. Ona görə də qarşı tərəfi seçərkən cütlüklər yüz ölçüb, bir biçməlidirlər. Amma deyəsən, bu tendensiya müasir dövrümüzdə dəyişib. Əgər əvvəllər gənclər evlənərkən qarşı tərəfi özləri seçməyə çalışırdılarsa, indi çoxları fikirləşir ki, qoy seçimi valideynlər etsin: yəni “kimi desə, onu alacam” və ya “kimə versə, ona da gedəcəm”.  

  Müşahidələr göstərir ki, müasir gənclər arasında qarşılıqlı anlaşılmazlıq mövcuddur, bir-birinə möhkəm inam yoxdur. Bir çox gənclər fikirləşirlər ki, seçimi özləri etsələr, sonra evlilik alınmasa, ona deyəcəklər “özün istədin, cəzanı da özün çək”.

Maraqlıdır, gənclərin bir-birinə inamsızlığı nə ilə bağlıdır? Niyə onlar qarşı tərəfi özləri seçmək qabiliyyətini itirirlər? Bu onların acizliyidir, yoxsa inamsızlığı?

 Sosioloq Cavid İmamoğlu bildirir ki, cəmiyyətimizdə nümunəvi ailələr çox azdır. “Öncə onu qeyd etməliyik ki, evlilik mövzusu geniş araşdırma tələb edir. Çünki evliliyə qədəm qoyan insanlar iki fərqli mühitdən gələrək yeni bir mühit yaradırlar ki, bunun da adı ailə olur. Ailə sözünün tərcüməsinə fikir versək “biri-birinə qarşılıqlı möhtac olan, biri-birinə arxalanan və güvənən” mənası verir. Bu o deməkdir ki, ittifaqa girəcək insanlar həqiqətdə bu hissə ehtiyaclı olsunlar. Öz şəxsiyyətlərini tam gerçəkləşdirə bilməmiş insanlar sağlam bir ailənin təməlini qoya bilməzlər. Özünü təsdiq edən insanlar öz xoşbəxtlik və bədbəxtliklərinə görə yalnız özlərini cavabdeh bilərlər və belə insanların ailə münasibətlərində uğursuzluğa düçar olması belə onların insan kimi formalaşmasına mane olmur. Belə uğursuz evlilik yaşayan insanlar sonda aralarında olan ittifaqı ləğv etməklə yeni bir xoşbəxt ittifaqa can atırlar. Təbii ki, hər kəsdə bu belə olmur. Cəmiyyətimizdə evliliyə yanaşmalar fərqlidir. Belə olan halda biz fərqli-fərqli ailə tipləri və birlikləri görürük. Var xoşbəxt ailələr, harda ki, ailəni təşkil edən fərdlər bir-biriləri ilə həyatın acısı və şirinini paylaşırlar. Çünki insan niyə evlənir sualına ən gözəl cavab təbii ki, paylaşmaq üçün cavabı verilə bilər. Belə olan halda, əgər ittifaqa girən iki fərd arasında paylaşacaq heç bir dəyər yoxdursa, demək ki, həmin ailə xoşbəxt ailə sayıla bilməz”.
 Sosioloq hesab edir ki, insanların ailəyə yanaşma tərzi düzgün qurulmayıb: “Bəzi insanların ailəyə yanaşması “ofis” kimidir. Yəni yazılan və yazılmayan qayda-qanunların hakimlik etdiyi bir iş mühiti. Belə insanlar ailəyə sevgi dolu mühit kimi baxmırlar. İnsanlar fərqli olduqları kimi, cəmiyyətimizdə hər qurulan ailə modeli də fərqli olur. Və burada qınamaq mövqeyindən yanaşmaq da düz olmaz. Çünki hər kəs qurduğu modelə uyğunlaşıb yaşamağı öyrənir. Biz ideal ailə axtarışına çıxsaq, təbii ki, bunu çox çətinliklə tapa bilərik. Ailələr çox, lakin nümunəvi ailələrimiz azdır. Biz ideal ailədə ailə üzvləri arasında sevgi, diqqət, inam, paylaşmaq kimi dəyərlər axtarırıq. Ancaq, bu kimi dəyərlərin ailədə cəmləşməsi üçün ilk əvvəl fərdlərdə bu dəyərlər olmalıdır. Olmadıqda isə təbii ki, şərtlər üzərində qurulan ailənin şahidi olacağıq. Şərtlərin olduğu yerdə isə fərdlər arasında olan sevgi və diqqətdən söhbət belə yersizdir”.   

  Psixoloq Elnur Rüstəmov isə bu cür halların baş verməsinin səbəbini gəncliyin özünəgüvən hissinin zəif olması ilə əlaqələndirir.

  “Bu kimi məsələlərin kökündə çox zaman gənclərin öz güvən hissinin aşağı olması və məsuliyyət daşımaq istəməməsi ilə bağlı olur. Şübhəsiz ki, bunu bütün gənclərə şamil etmək olmaz. Nəzərinizə çatdırım ki, bu kimi problem bütün dövrlərdə olub. Sadəcə bu gün problem özünü daha qabarıq göstərir. Buna təsir edən başqa bir faktor oğlanların bir qisminin analarına ifrat dərəcədə bağlı olmalarıdır. O səbəbdən də fikirləşirlər ki, analarının seçəcəyi qız elə anası kimi olacaq. Proses şüuraltı baş verdiyindən buna şüurla qiymət vermək bir qədər çətin olur. Söhbət insanlar tərəfindən bunun qəbul edilməsindən gedir. Hansı oğlana bunu desən bəlkə də etiraz edəcək. Ancaq fakt bu kimi hallar olur. Normalda isə insan sevdiyi insanla ailə həyatı qurmalıdır. Belə ailələr digər ailələrə nisbətdə daha uzunömürlü olurlar. Bu gün boşanan ailələrin böyük bir əksəriyyətini də valideyn tövsiyəsi ilə qurulan ailələrdir. Bütün hallarda ailə qurmadan öncə psixoloji konsultasiya vacibdir. Düşünürəm bu ailə quran gəncə özünü tanımada, adaptasiyaya, münasibətlərə və s. bu kimi hallara müsbət təsirini göstərəcək” //modern.az

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 3121 Şərh sayı 134 Müəllif LoVe_FoReVeR
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline cuci
    ANASİ DEYEN QİZİN PULU VAR AXİ.QURSUN DA KİSİ OLMASA DA PULLU KİSİ OLACAQ
    İmza: 

    CUCI COX DARIXIR SEN GELENDE BAX BELE SEVINECEM.

  2. Offline TENHA_MELEK
    Sitat: Kenan :)
    twk xebere gore

    İmza:  EN UCA SAF MEHEBBETI INSANLAR ARASINDA AXTARMA!!! ONU ALLAHDA TAPARSAN ANCAQ. NE VEFASIZLIQ NE YALAN NE XEYANET VAR O MEHEBBETDE.

  3. Offline Meryem_Duyqu
    Bəzi qızlar oğlanların gözünün odunu elə alıb ki,yazıqlar neynəməlidirlər?

  4. Offline Kenan :)
    twk xebere gore

  5. Offline girl_1996,fidawka
    heyatda en qorxdugum wey qaynanam ifrite olsun men oo wexsle bir gunde yola gede bilmerem

  6. Online Qanad
    Oglanlari qinamiram.Indiki zamane cox pis olub.Yaziq oglan neynesin.

  7. Offline aysun94
    Ətrafındakı qadınlara güvənmir ondan acizlik deyil bu..Güvənsizlikdir..
    İmza:  İnsanın zamanı varsa, hər şeyin gəlməsini gözləməyə
    məcburdur. Hər şeyi varsa əgər, zamanın keçməsini
    gözləməyə məhkumdur...

  8. Offline Alone Girl
    bu sozden xosum gelmir.gelini anan ucun yox ozun ucun alirsan
    İmza:  "Guluremse ,xowbextemse bu senin eserindi .. <3

  9. Offline Aliyeva
    xeyirlisi olsun .. men isteyen . .

  10. Offline Yuxular
    Oğlanların acizliyi: Anam kimi desə, onu da alacam
    bu fikirlə razi deyiləm. O qızla anası yox oğlan yaşayacaq valideyn oğlunu məcbur etməməlidir

  11. Offline leyla meherremova
    BEZI QIZLARI GORUB OGLANLARIN GOZU QORXUB NEYLESINLER?...
    İmza:  Arxamca danışmaqdan zövq alırsansa, əsla susma... Məni günahkar çıxarmaq istəyirsənsə günahlandır və qəlbimə dəymək istədiyində, əlindən gələn hər şeyi et... Çünki mən səni Allaha həvalə etdiyim müddətcə sən mənə deyil, Allaha hesab verəcəksən!!!

  12. Offline ayruska
    MENDEDE NISANLIM AILESINI MECBUR EDIBKI SEVDIYIMI ALMALISIZ MENE SUKURDE XOSBEXTIK
    İmza:  SON GÜNÜM SAYTDA , Gunewim hər şeyə görə təşəkkür edirəm ...

  13. Online Qanad
    Pis fikirdir.Beyenmirem feel

  14. Offline Mickey Mouse
    Oğlanların acizliyi: Anam kimi desə, onu da alacam

    wink
    İmza: 

  15. Offline Hande 18

    oglan ozu beyenib almalidi sabahsi gun oglanin anasi yawamayacaq o qiznan oglan yawayacaq


  16. Offline nara 55

    eslinde men elelerine aciz biri kimi baxiram.o insanla yasayacaq biri hemen oglandi.qiz olsa yene dusunmek olarki evden zorla verdiler.ama oglana ne gelib?yeni bizim azeri o qeder acizlesiblerki?eslinde insanlarin acizlesdiyini  xususende oglanlarin acizliyini axir vaxtlar cox musahide edirem...mence indiki qizlarimiz oglanlarlarimizdan hem daha da guclu hemde daha cesaretli olublar...ama bu meni cox meyus edir cunki xanimlar hemise ince3 mexluqdular...kisilerimizin daha cox cesaretli olubda xanimlarimiza arxa dayaq durmasini isterdim...


  17. Offline Akademik
    elelerine men kişi demirem. Qızı hardasa anlamaq olar, amma kişi ele fikirleşirsə onda ondan ər çıxmaz.
    İmza:  Allahımın qulu, nəfsimin ağasıyam!

  18. Offline Leman_55
    BELE WEYLER MENE CATMIRDAAA NECE YANI MEN SEVDIYIMI TANIMIRAM KI BEYEEM..AGLIM VAAR?VAAAR?GOZUM GORUUUR?GORUR?DA BU VALIDEYNE NE LAZIMDIYEE?QOYUN EVLADLARINIZ XOWBEXT OLSUNLARDA?NEBILIM MWEXSEN MEN YOLDAWIMLA HEMSOHBET OLANDA DEYIREM KI ONA BAX BIZIM OGLUMUZ VARDAA HEE DEYIR HE NOLUBKI DEYIREM INWALLAH O GELECEYDE HANSISA QIZI SEVSE ONA MUDAXILE EDERSEN?DIYIR HEE NIYEDE KI YOOOX? DIYIREM KI MEN AMMA YOX KIMIN QIZIN HER KIM OLUR OLSUN UREYI KIMI ISTESE ONUDA ALACAM DIYIR BIRDEN GELINE VURULDU ONDA NECE?DEYIREM ELE ONUDA ALACAM BIR WEY KI O XOWBEXTLIYINI ONDA GORURSE NIYEDE YOOOX...BILIRSIZ BIZ AZERILER OMUR BOYU AY QONUM-QONWU...QOHUM -EGRABA DOST-TANIW.DUR-DUWMEN NE DIYER BIZE A BALA YOX DIMELI YOX...MEN BELE FIKIRLERLE KIMINSE SOZLERIYLE BU HEYATDA YAWAMIRAM...MENIM NE HAQQIM VAR KI KIMINSE XOWBEXTLIYINI ELINDEN ALIM HEE?

  19. Offline Gozel Melek
    mence oglanlar xeyanetle uzleshdiklerine gore xeyanetle uzleshdklerine gore qizlara inanmirlar

  20. Offline aysun94
    oglanlarin vaxtinda cox sevgilisi olur ona gore qizlara guvenleride itir ..........ona gore oturub aile qizi axtarmaq isteyende anadan komek isteyirler
    İmza:  İnsanın zamanı varsa, hər şeyin gəlməsini gözləməyə
    məcburdur. Hər şeyi varsa əgər, zamanın keçməsini
    gözləməyə məhkumdur...

  21. Offline Aliyeva
    coxdu bele oglanlar

  22. Offline Sevinc.F
    Mence bu zamane oglanlarina aid deyilbu fikir.
    Ama pis fikirde deyil.
    Cunki ana tecrubesi tam ferqli olur.
    Kimi dese onu alacamyox , meslehetleshmek daha duzgundu..
    Cunki her kes evlendikden sonra ayri eve cixmirki, qaynana,qaynata yaninda qalanlarida var.
    Yola getmeleri ucun cox vacibdi meslehetleshmek.....

  23. Offline SEVA00
    da kecib evde anan yoldasini nece idare edeceyinide desin ele et.

  24. Offline fina
    eslinde coxumuz deyirik yalnis fikirdir.amma men heyat tecrubemden goruremki ekser tanidiqim ailelerde sevib aile quranlara nisbeten ailenin secimi ile aile quranlar daha xosbext olurlar

  25. Offline Lumia
    Meni de qayinanam istemirdi,bacisi qizini almaq isteyirdi yoldasima.Yoldasim da 1 kelme "menim sevdiyim var onunla evlenecem vessalam"deyib cixib evden.4 aydi evliyik,qayinanam da meni cox isteyir.Esas oglandi,kisi gerek iradeli,sozubutov ola.Allah vurub ana usaqlarini,her seyde anasinin ustune qacan oglanlari,onun ozu nedir ki,erliyi de ne ola.Uzr isteyirem arvadiyla yatanda da anasindan icaze alanlar vare cemiyyetde.
    İmza:  Insanlar yasadiqlari kimi dusunerler.Fridrix Engels

  26. Offline Cennet ciceyi
    mence oglanlar xeyanetle uzleshdiklerine gore xeyanetle uzleshdklerine gore qizlara inanmirlar,ona gore analarinin daha yaxshi qwiz sece bileceyini fikirleshirler.eleside varki,ozu sevib evlenir,amma buna baxmayaraq mama ushagi olur.az qalirki yayliq alandada anasindan sorushsun.onsuz hecne ede bilmir.belede er arvad sevgisi yox olur,ne qeder sevirsen sev arada soyuqluq yaranir.ozum bunun shahidi olmusham. n11

  27. Offline xaqani_1980
    n11

    sonrakı peşmançılıq .......

  28. Offline feride zeka
    mende 4ildiki bir yerde idik amma oglanin valdeyinleri razi deildi meni almagina oglan mingeceirde yawayirdi men bakida burda oxuyurdu deye taniw olmuwduq ailesi deyirdiki qohumnan alaq oz tanidiqlarimizdan.cox wukurki oglan meni atmadi her weyey baxmayaraq cox cetinde olsa evdekileri razi saldi indi 4aydirki niwanliyiq.mence sevmediyin birine getsen hec vaxt xowbext ola bilmersen.inwallah butun sevenler qovuwar

  29. Offline MAHMUDOVA
    Buradki sohbet tam meni aid olan sohbetdir,valideynlerimin isteyiyle qurulan aile,oqlanin asiri derecede ana baqliliqi,ozune guven hissinin asaqi olmasi ve s.Bele olanda sevmeye sevmeye ne qeder yasaya bilersen?

  30. Offline Derin 03
    ne qaynanam ne qaynatam yoldasimin isine nedeki yoldasim onlarin isine qatisan deyil.her oz eviyle isiyle ailesiyle mesguldu.oncunde hec bir soz sohbetimiz olmuyub allaha sukurki

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top