Şəhərdə yoxsa kənddə yaşamaq?!.

26-07-2012, 17:12  |  Aktual » Gəlin, müzakirə edək!

 

 

Birincisi - ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri - inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir. Niyə?

Kənd həyatı insanları niyə cəlb etmir?
Kəndlər, adətən, gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə, yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var.

Kəndlərdə insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli ət, süd məhsulları, yumurta, bal və sair əldə edirlər. Bəzi kəndlərdə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-birilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar.


Uşaqlar hər gün təmiz havada, çəmənlikdə oynayır, çayda və ya göldə çimir, kollardan moruq, qonşu bağçaların ağaclarından alma “oğurlayırlar”. Kənd uşaqları məktəbdənkənar boş vaxtlarında min oyundan çıxırlar - ağaca dırmaşır, suda üzür, ata minir, dağlara qalxır, tarlada ailələrinə kömək edirlər. Oğlanlar meşədən odun, qızlar çay dəmləmək üçün müxtəlif çiçəklər yığırlar.

Kənddə hamı üçün, xüsusilə analar üçün gün çox erkəndən başlayır - saat beşdən, altıdan. Çünki onlar səhər tezdən süd sağır, samovar qaynadır, nahar hazırlayır, uşaqları məktəbə yola salanadək çalışırlar. Hər səhər uşaqlar günə təmiz süd və təzə yumurta, bal, pendir, çörəklə başlayırlar.

Kənddə mədəniyyət adına lazım olan ən vacib obyektlər də var - mədəniyyət evləri, klub, kitabxana və s. Düzdür, indi onların bəziləri ya işləmir, ya da onlardan istifadə edən azdır, lakin yaxın keçmişdə kəndlilər üçün kino, teatr, konsert, kitabxana, klublar adi həyat tərzi idi.

Kənd həyatını ümumi təsvir etmək belə oradakı həyatın daha gözəl olduğunu göstərməyə kifayət edər. Bir sözlə, kənd həyatı tam təbii, sağlam, sakit həyat tərzidir. Məhz bu üzdən kəndlilər şəhərlilərə nisbətən daha çox yaşayır, daha sağlam olurlar, həkimlərə işləri nadir hallarda düşür.

   

 


Şəhərlərdə nə var ki, hamı oraya axışır?
Şəhəri daha çox gənclər sevirlər. Bunun müxtəlif səbəbləri var. Bütün şəhərlər kino, teatr, mağaza, market, bazar, bank, universitet, idman salonları, xəstəxanalar, disko-barlar, parklar və sair əyləncə mərkəzləri ilə doludur. Son dövrlər əyləncəyə maraq artıb. Gənclər diskoya, idman salonuna getməyi, parklarda gəzməyi, müxtəlif əyləncə məkanlarına baş çəkməyi sevirlər. Amma yaşlı insanlar təbii və rahat bir həyat yaşamaq istəyirlər. Burada həyat darıxdırıcı keçməz. Lakin bu maraq yaxşı iş, yüksək qazanc tələb etdiyi kimi, sağlamlığın itirilməsi ilə də nəticələnir.

Şəhərdə gün dan yeri ağaranda yox, xeyli gec - təxminən 7-8 radələrində başlayır. Bu vaxtdan etibarən küçələr izdihamlı olur, avtomobil əlindən tərpənmək olmur. İnsanlar hər gün eyni, standart həyat yaşayırlar. Onlar səhərlər işlərinə gedirlər və axşamlar dönürlər. Yalnız bazar günləri ailələri ilə birgə rahat vaxt keçirə bilərlər.

Şəhərlərdə qonşuluqdan danışmağa belə dəyməz, qohumlarla ünsiyyət isə yalnız xeyir-şər məclislərində baş tutur. Hətta bəzi ailələrdə ailə üzvləri bir-birlərini görə bilmirlər, biri işdən gələndə digəri işə gedir, valideyn evə gələndə uşaq yatmış olur.

Sosioloqların fikrincə, kəndlərdən iri şəhərlərə köçən ailələrin sıx qohumluq əlaqələri üç nəsil sonra yox olur. Xalalar, dayılar, bibilər, əmilər üç nəsil sonra tədricən seyrəkləşir və tanınmır. Yalnız qardaş, bacı əlaqələri zəif də olsa, qalır. Şəhərin böyük “dəyirmanı” bütün qohumluq əlaqələrini “üyüdür”. Bunu çox vaxt müvəqqəti olan yoldaşlıq, tanışlıq münasibətləri əvəz edir.

Şəhər həyatı daha çox ictimailəşmə, dünyagörüşü, mədəni mühitin içində olma, karyera və təhsil imkanları kimi bir çox üstünlüklər verir. Şəhərlər istədiyimiz şeyləri əldə edə bilmək üçün də bizə böyük imkanlar təmin edir. Şəhərlərdə nə etmək istəyirsinizsə, onu edə bilərsiniz. Lakin bunun üçün çoxlu işləmək, sağlamlığı qurban vermək tələb olunur.

Şəhərlərə axının başqa bir səbəbi də rahat və gəlirli iş tapmaq ümidi ilə bağlıdır. Daha çox gənclər şəhərdə işləyib, yaxşı pul qazanandan sonra kəndə qayıdacaqlarını deyir, lakin vaxt gəlib keçir, bir də ayılırlar ki, qocalıblar... arzular, xəyallar reallığın qatı dumanında yox olub. Necə deyərər, “incəsənət” qurban tələb edir.

Şəhərdə insanlar beləcə mədəni həyat yaşayırlar...

Seçim üçün qısa müqayisə predmetleri

Kənd həyatının üstünlükləri:

- ən əsası, siz təmiz hava ilə nəfəs alırsınız;
- saf su içir, təbii ərzaqlarla qidalanırsınız;
- fiziki aktivlik sağlamlığa təminat verir;
- qohum və qonşularla ünsiyyət bolluğu;
- təhlükəsiz həyat tərzi;
- sakit mühitdə, stressiz həyat tərzi;
- tələbatın azlığı çox işləmək zərurəti yaratmır;
- siz daimi kurortdasınız.

Şəhər həyatının əsas zərərləri:

- hava və səs-küy çirkliliyidir;
- dolanışıq çətinliyi;
- gündə bir neçə saatın yolda itirilməsi;
- sıxlıq və tıxac problemi;
- cinayətkarlığın yüksək olması;
- təbiətdən uzaq qalmaq;
- keyfiyyətsiz qidalanma;
- bahalı həyatı təmin etmək üçün gərgin işləmək.

 


Ekoloq: "İdeal sağlam həyat kənd həyatıdır"
Uzun müddət Bakıda yaşamış, son üç ildə kənd həyatını üstün tutaraq Goranboy rayonuna köçmüş Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyarın sözlərinə görə, burada doğru seçim birmənalıdır: 

“Əhalinin sıx yaşadığı yerlərin istənilən baxımdan sağlam həyat prinsiplərinə zidd olmasını istər məntiqi, istər də təcrübi yolla fəhm etmək çətin deyil. Digər tərəfdən, bir ölkədə əhalinin sırf iri şəhərlərdə cəmlənməsi iqtisadi və sosial problemləri dərinləşdirir. Bir çox hallarda isə bu amil ekoloji problemlərin təkanvericisinə çevrilir. Bu halda, şəhərlərdə yaşamaq sağlamlıq riskindən başqa bir şey deyil. Çirkli hava ilə nəfəs almağa, tərkibi təsəvvürə gəlməyən süni konservantlarla doldurulmuş fabrikat və yarımfabrikatlarla qidalanmağa, fasiləsiz səs-küyləri dinləməyə məhkum olmuş insanların sağlam yaşamaq imkanları çox məhduddur”.

Ekoloqun fikrincə, 10 yaşadək uşaqların şəhərdə yaşaması isə daha dəhşətli nəticələr verir: “Əvvəla, ona görə ki, ən ağır atmosfer çöküntüləri havanın yerdən 1 metr qalınlıqdakı qatında cəmləşir və azyaşlı uşaqlar məhz bu qatlarda nəfəs alırlar.

İkincisi, bu yaş dövrü insan orqanizminin təşəkkül dövrü olduğu üçün çirkli hava və toksik maddələrlə zəngin qidalar onu elə bu yaşdan xəstəliklərin ağuşuna yuvarlayır. Bütün bu problemlərdən uzaq olmağın ən ideal yolu kənd yerlərində yaşamaq, öz əlinlə becərdiyin meyvə-tərəvəz və süd məhsulları ilə qidalanmaqdır”.

Beləliklə, bu yazıda iki həyat tərzini qısa və ümumi şəkildə ortaya qoymağa çalışdıq. Şəhər həyatı maraqlıdır, lakin stresli və çox bahalıdır, kənd həyatı isə sadədir, təbiidir, sağlamdır, üstəlik, ucuz başa gəlir. Hər kəs öz seçimini düzgün etsə, sonda həyatından şikayətlənməz. Nəyi nəyə qurban verdiyimizi düşünərək seçim etsək, yanılmarıq.

Elçin Bayramlı

0 Bəyənməyib

Səhvi bildir  Baxış sayı 1546 Şərh sayı 70 Müəllif Terane
Paylaş:
Facebook Twitter Google Plus Одноклассники ВКонтакте Мой Мир@Mail.Ru
Hörmətli istifadəçi, Siz sayta qonaq qismində daxil olmusunuz.
Daha çox imkanlardan yararlanmanız məqsədi ilə biz sizə qeydiyyat səhifəsini ziyarət etməyi məsləhət görürük.
  1. Offline Beren

    Men Bakida yasayiram.Ancaq Gencede xalamgilin kendinde onlarin  yaninda ailemle birlikde yawamaq isterdim.

    İmza:  Ürəyinizdə ilk sıraya ALLAH`ı qoymasanız, həm ALLAH`ı itirərsiniz, həm ilk sıraya qoyduqlarınızı...

  2. Offline kaprina
    kend balotadi,ora dusdun cixa bilmeyeceksen.

  3. Offline leylawka
    KENTDE YAWAMAQ ELA OLAR AMMA IWI GÜCÜ NEYNEYESEN

  4. Offline yarali-yurek
    men kendi cox sevirem.kende gedende boyuk zovq aliram
    amma weheri elede sevmirem awaqdaki sebeblere gore
    hava və səs-küy çirkliliyidir;
    - dolanışıq çətinliyi;
    - gündə bir neçə saatın yolda itirilməsi;
    - sıxlıq və tıxac problemi;
    - cinayətkarlığın yüksək olması;
    - təbiətdən uzaq qalmaq;
    - keyfiyyətsiz qidalanma;

  5. Offline azeri_oglu
    elbette kentde

  6. Offline azeri_oglu
    Mence. Kim harda yasamaq istiyirse ora yaxsidi mence

  7. Offline Sonik
    weherde yawamaq yaxwidi hem kendlerde medeniyyet cix inkiwaf elemiyib ne qeder de olmasa orda weherdeki kimi kitabxanalar restoranlar medeniyyet evleri marketler brend magazalar olmur axi hec kimin xetrine deymesin yeni olsa da weherdeki kimi olmur men ele oz halimnan bele memnunam

  8. Offline kokow
    weherde yawamaq kendde dincelmek yaxwidi

  9. Offline nurashka
    Qizlar yiğışın davay kəndə)) smile

  10. Offline Ayka21
    mence her ikisi yerine gore yaxsidir

  11. Offline POWER
    yaş dövrü insan orqanizminin təşəkkül dövrü olduğu üçün çirkli hava və toksik maddələrlə zəngin qidalar onu elə bu yaşdan xəstəliklərin ağuşuna yuvarlayır. Bütün bu problemlərdən uzaq olmağın ən ideal yolu kənd yerlərində yaşamaq

    cox sevirem kendleri temamile raziyam smile

  12. Offline Solnuwka.
    men kendi cox sevirem.kende gedende boyuk zovq aliram.belkede qonaq oluram ona goredir.amma mene cox xow tesir baqiwlayir kend heyati.

  13. Offline BAYACAM
    SECIM QARWISINDA QALSAYDIM KENDI SECERDIM.WEHEREDE GEZMEYE GELERDIM.
    CUNKI WEHERIN HAVASI CIRKLIDI,AMA KENDIN AHAVASI COX TEMIZDI YEDIYIN ICDIYINDE TEBII OLUR ORDA.
    TEWEKKURLER ELA MOVZU IDI.
    İmza:  ♥Kişi adam sevgilisini; bacısı kimi qoruyar, arvadı kimi sevər, anası kimi hörmət göstərər♥

  14. Offline SaPir
    Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

  15. Offline Alizes
    Kəndi seçərdim,amma bir şərtlə ki,həyətində hər şəraitin olsun. Şərait olmayan yerdə kənd həyatı çox çətindir...

  16. Offline yagmur gozlum
    kende istirahet yaxsidir.Ozum kendde boyumusem.Oranin hec neyini seherle evez etmerem.Imkan tapan kimi kendimize gedirem

  17. Offline zoluwka
    Oz Vetenin dogme yurd yuvan olmadiqdan sora ne ferq eder kend ya weher.qurban olum Lenkeranimiza.oyrewe bilmirem bawqa olkeye.en yaxwisi Veten
    İmza:  Torpaq kimi olmalısan, əzildikcə sərtləşməlisən. Səni əzənlər sənə möhtac qalmalı, həyatı səndə tapmalıdırlar!

  18. Offline Hande.
    Sitat: _Almira_
    Heresinin oz yeri var...Meselen her yay kende qalmaga gedende adama lezzet edir,bir muddetlik de olsa o şeher muhitden ayrilirsan...Fikrin dagilir...Kendin havasi,suyu...adama lezzet edir...amma şeherin de oz yeri var da,meselen rayondan eve qayidirsan,iceri giren kimi ilk onu fikirlşirsen ki,evim ucun ne cox darixmişammiş! Insanin oz evinden daha rahat bir yer yoxdu mence...Yene de men istirahet ucun kendi,yaşayiş ucunse şeheri secerdim...

    Eynen...
    İmza:  <b>♣İnsanları səni səhv başa düşdükdə bunu dərd etmə;eşitdikləri sənin səsindi,amma ağlından keçirdikləri öz düşüncələridir.*</b>

  19. Offline Princess_93
    KENDE YAWAY BILMEREM 2 HEFDE QALDIM UJE UREYIM PARTDADI
    İmza:  Ayağıma dolaşan tək əngəl: - Gəlinliyimin ətəyi olsun ..

  20. Offline Esmerim-S
    mene umumiyyetle kend heyatil lezzet eleyir.rayona gedende bakiya qayidandan sonra qala bilmirem evde.şeher mene darixdirici gelir.ne var şeherde.ureyim gedir kendden otru n36

  21. Offline nergiz_zz
    Sitat: G-----16
    Men seherde yasayiram ancaq ki kendi de xoslayiram mence hec bir ferqi yoxdur kend ya seher esas odur ki serait olsun


    SƏN KƏNT HƏYATINDA OLMADIĞIN ÜÇÜN BELƏ DEYİRSƏN.HƏLƏ KƏNDİN QIŞDA PALÇIĞINI GÖRSƏN....BAX ONDA SƏNDƏN SORUŞSALAR BELƏ DEMƏZSƏN.HƏLƏ İNDİ YAXŞIDI YOLLAR DÜZƏLİB.QABAQ BƏZİ KƏNTLƏR DƏHŞƏT İDİ.OLA BİLSİN HƏLƏ ŞƏRAİTSİZ KƏNTLƏR VAR.KƏNT HƏYATI YAYDA QƏŞƏNGDİ.QIŞDA ADAM HEÇ QONAQDA GETMƏK İSTƏMİR..
    İmza:  Nə var Allahdan yuxarı,nə var qəbirdən aşağı.Yığış ruhum gedirik sən yuxarı mən aşağı.....

  22. Offline _Peri_
    TWK.HER YER GOZELDIR,ESES XOWBEXCILIYB OLSUN

  23. Offline laleyka
    men rayonda oluram 3 gunluk Bakiya getmisdim ele bilirdim illerdir lenkerandan cixmisam o derecede darixmisdim, duzdur baki qesengdir amma seherde ses kuy cox olur rayonda ise sakitcilik olur mense sakitciliyi sevirem
    İmza: 

  24. Offline Munik
    men kende yawamiwam bir muddete qeder 5-ci sinife kimi Bakiya gelenden sonra 3 il demek olar ki 3 il muddetinde bu muihite oyrene bildim
    menim ucun kendin yeri ona gore ayridi cox sevirem kendimizi cox her yay istirahet yerimde kendimiz olur inwAllah 1 ayliq gedcem kendimize gozlerim hemiwe yawarir kendimize daxil olanda bilmirem niye n1

  25. Offline G-----16
    Men seherde yasayiram ancaq ki kendi de xoslayiram mence hec bir ferqi yoxdur kend ya seher esas odur ki serait olsun n28
    İmza:  Zamani var.....Aminler bowa deyil

  26. Offline HEYATIM
    men her iksini sevirem heresinin oz gozeligi var weher qiwda yawamaqa yaxwidi yayda kende yawamaq gozeldi kendin tebiyeti temiz havasi yeni uwaq ucun kendin havasi dahada gozeldi tewekkurler beyendim elerinize saqliq
    İmza:  Heyatini ele yawa ki, donub arxaya baxanda uzun qizarmasin...

  27. Offline sheh
    5 ildir şəhərin mərkəzindən kəndə qaçmışıq,sözün əsl mənasında qaçmışıq,yoldaşımla mənə çox xoşdur,amma uşaqlar,xüsusən də qızım Filoloq şəhər deyib durur...amma mən daha şəhərdə yaşaya bilmərəm,heyif deyil kənd,əl at meyvəni dər,pomidor-badımcan əlinin altında..gül-çiçək,özü də bizdə holland qızılgülləridir,xeyli də şitilini əkmişik,kim istəsə verə bilərəm..bəh-bəh-bəh..sakitcilik..bir dənə uşaqların institutuna görə əziyyətdir,o da bizdən Koroğluya cəmi 15 dəq.yol var.(əgər yolları düzəldib qurtarsalar,hal-hazırda 1 saata çatırıq şəhərə)

  28. Offline Glass heart

    Menimcun ferqi yoxdu..Esas xowbextliyim olsun cadirdada yawayaram!
    İmza:  Oruc tutduğun kimi tutsan əllərimi.. Səbrlə, Duayla, İnancla..


  29. Offline Esmiralda N
    menim ucun ferqi yoxdu yanimda sevdiyim insan yada insanlar olsun o mene besdi

  30. Offline Sevgiye_Yox
    banuisc,mende ele fikirlesirem


    smile
    kend daha saxlamcilikdi...ve seherin bir seyi yaxsidi ki qisda serin olur smile n36

 İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Scroll To Top