Aktual / Müəllif yazıları

Satıcıların azğınlığı yoxsa mədəniyyətsizlik?

Aynur_Qurbanqizi | 24-09-2012, 15:43
1 666 49

 

 

 Pərvanə İbrahimova

 

Hər gün işə gələndə və evə dönəndə eyni mənzərənin şahidi oluram. Eskalatorun lap başındaca, yaşı bəlkə də 70-i keçmiş bir nənə pal-paltar satır. Son bir ilə qədər az qala bütün metro istifadəçilərini satdıqları geyimlərə baxmağa dəvət edirdi. İndi daha belə etmir. Sakitcə oturub. Amma bu sükut ona yaxınlaşıb nə isə soruşub, almayanda pozulur. Nənə başlayır qışqırmağa: «Niyə məni narahat edirsən, almayacaqdınsa niyə soruşursan» və s. Bu mənzərə ilə ilk dəfə qarşılaşanlar və daha hövsələliləri heç nə demirlər, bəziləri yaşına görə dillənmirlər, amma onu ətrafdakıların yanında pərt etməyə dözməyən və söz götürməyi sevməyən biri nənəyə cavab qaytarmağa cəhd edəndə ittihamların ardınca qarğış başlayır: «Sən görüm….». Nənəni tanıyanlar, xasiyyətinə bələd olanlar, ondan ittiham və qarğış eşidənlər bir daha ona yaxınlaşmırlar, hətta, gözucu baxıb bəyəndikləri bir şey olsa belə. Yaşlı qadını haradasa başa düşmək olar. Əsəbləri pozulub, bəlkə də alveri yaxşı getmir və s. Nə yazıq ki, bu bəlaya əksər satıcılar – fərqi yoxdur, bu meyvə-tərəvəz satsın, ya pal-paltar, ya da məktəb ləvazimatları və s. mübtəla olublar. Məsələyə onların düşüncəsi ilə yanaşsaq, soruşduğun malı mütləq almalısan. İkinci bir söhbət ola bilməz. Əgər geyinmisənsə, başqa çıxış yolun qalmır, mütləq pulunu verməlisən, yoxsa səni elə pərt edərlər ki, nənənin qarğışından daha betər olar. Mən hələ alınan malların qaytarılmasından, ya da dəyişdirilməsindən danışmıram. Nəyisə alanda satıcı bacı və qardaşla razılaşırsan ki, böyük, ya da kiçik olarsa, uyğunsuzluq təşkil edərsə bunu qaytararsanmı?!


Bəziləri insafən vədə əməl edirlər, bir qismin isə onu başqası ilə əvəz edənədək tökdükləri qaş-qabaq, etdikləri giley-güzar, deyinmək adamı lap hövsələdən çıxardır. Hələ bu harasıdır? Bəziləri səni yalan danışmaqda, ona şər atmaqda ittiham edir, üzünə dayanır ki, nə danışırsan, bu malı məndən almamısan, məndə ümumiyyətlə belə çeşid olmayıb. Abrını, həyasını itirmiş, pulunun ancaq bax, beləcə yalan danışmaqla çıxardan satıcının qarşısında, abrına qısılıb geri çəkilənlər də olur, yalançılıqda ittiham edilməyə dözməyərək cavabını verənlər də. Bəzən daha diqqətçəkən hadisələrə şahidi olursan. Tutaq ki, xoşuna gələn ayaqqabıya baxırsan, geyinirsən, qiyməti səni qane etmirsə, geri çəkilməli olursan və rica edirsən ki, gedim bir az da baxım, münasibini tapmasam gələrəm. Bu isə satıcının xoşuna gəlmir və deyir ki, alırsansa indi al, geri qayıdanda sənə görə malım olmayacaq.

Son günlərin ən maraqlı və təəccüblü hadisəsi sentyabrın 14-də, məktəbə bir gün qalmış yaşandı. Gül dükanında alveri «xod» gedən müdir əvvəlcədən xeyli sayda güllər hazırlatdırıb dükanın 4 bir yanına düzdürmüşdu. İçəri daxil olana ilk təklifi həmin güllər olurdu. Eyni təklif mənə də edildi, lakin güllər keyfiyyətini itirdiyindən razılaşmadım. Yenisini istədim. Bu da müdirin xoşuna gəlmədi. Dedi alırsan al, almırsansa başqa gülümüz yoxdur. Aman Allah, dükanda gül əlindən tərpənmək olmur axı!!! Deyirəm, ay qardaş, siz satıcı kimi təklif etdiniz, mən də alıcı kimi bəyənmədim. Yenisini istəyirəm, özü də xatirə-hörmətə yox, pulla. Deyəsən, taxta qapı dəmirinə tuş gəlmişdi. Az fasilədən sonra mənə də gül düzəldi. Qapıdan çıxırdım ki, müdirin səsi gəldi: “Bu gün işimiz çoxdur, gərginik, xətrinizə dəydimsə üzrlü sayın”.

Əslində çox sevindim. Bu kobudluq edəndən sonra səhvini anlayan ilk satıcı idi. Bir də indiyə qədər müəyyənləşdirə bilməmişəm ki, bu üzrxahlıq niyə edildi?


Цуда | 16 dekabr 2013 18:38 | Status: Şərhçi | Şərh: 229
Yalniz bu hadiselerle Azerbaycanda rastlasmaq olar
Melek_1 | 28 oktyabr 2012 16:31 | Status: VİP user | Şərh: 1 006
Sitat: leylawka






MARAQLÇ XEBER ÜCÜN TEŞEKKÜRLER
leylawka | 5 oktyabr 2012 13:40 | Status: Professional user | Şərh: 1 873
MARAQLI XEBER ÜCÜN TEŞEKKÜRLER smile
qonce | 3 oktyabr 2012 14:49 | Status: Şərhçi | Şərh: 359
SATICI NE QEDER ŞIRIN DILLI OLSAN ALVERI BIR O QEDER YAXŞI OLAR.KOBUD SATICIYA YAXINLAŞAN KIMDI?
zoluwka | 1 oktyabr 2012 17:33 | Status: Professional user | Şərh: 3 175
burda satici bele etse wikayet etmeye haqqin var.hemde burda coxu iri marketlerdi neye isteyirsen baxirsan yoxlayirsan.pulu kassaya odeyirsen rahatdi .
Sekine Hesen | 1 oktyabr 2012 11:10 | Status: Gümüş user | Şərh: 3 120
maraqli movzudu,tez tez rastlawmaq olur ele saticilaranan
HEYATIM | 29 sentyabr 2012 20:15 | Status: Professional user | Şərh: 2 116
Sitat: hopeful-woman
seyden xosum gelmir ee dukana giren kimi saticilar sorusur.Ne lazimdi

MENIMDE O SOZDEN ZEHLEM GEDIR AMMA COX RASLAWIRAM... )
rufet ehmed | 29 sentyabr 2012 14:12 | Status: Gümüş user | Şərh: 1 395
TWK
Sonik | 27 sentyabr 2012 20:17 | Status: VİP user | Şərh: 546
mence ne azginliqdi ne de medeniyyetsizlik sadece qazana bilmiller vessalam
_Mamedova_ | 27 sentyabr 2012 14:53 | Status: Gümüş user | Şərh: 1 839
Sitat: Damla
Sirr deyilse tuwun adi nedir??


douglas...goz qelemi ve tuşu artiq bu firmadan işledirem,o gunden etibaren smile
leylawka | 24 sentyabr 2012 11:32 | Status: Professional user | Şərh: 1 873
DÜZÜ BURDA COX VAXT MÜWTERI HAQLIDIR, MÜWTERIYE MEDENI DAVRANIRLAR, O KI QALDI YAWLI NENEYE ALLAH KÖMEYI OLSUN AMIN !!!
NENELER ELE DURUMA DÜWMESIN AMIN !!!
n45
Nursan. | 24 sentyabr 2012 11:01 | Status: Gümüş user | Şərh: 1 022
Sitat: sevincВ keder
heqiqetende saticilar ele vezyete gelib cixiblarki artiq maqazaya girende saticinin uzune baxib qiymetini soruşmaqa cekinirem ele bil heqiqeten baxdimsa almaliyam ve ya almayacamsa qiymetini bilmek haqqim yoxdur

HEYATIM | 24 sentyabr 2012 10:59 | Status: Professional user | Şərh: 2 116
maraqli xebere oxwayir hele oxumamiwam vaxtim olanda oxuyacam
rosee | 24 sentyabr 2012 10:18 | Status: Professional user | Şərh: 1 856
azerbaycandaki saticilar ölkeye qoyulasi deil men orda olsam biri mene kobud cavab vere gerisini teessevur etmek bele istemirem.

bizde saticilar mulayimdi sukurler olsun dukkanlar cox böyuk girirem istediyim geyimi geyinirem beyenmiremse geri qoyuram heckim hecne demir.dukana girende guleruzle qarsilayirlar amma bahali dukana girende ise saticilar gelir kesdirir basimin ustunu nece kömek ede bilerem?mense cavabinda xanim hele baxiram..Ok deyib gedirler.
o gunleri geyim dukanindan 2 geyim almisdim 1 ni qaaytardim birini ise deyisdim satici hecne demedi guleruzle qarsiladi..kobud saticilarda olur bir defe biri kobud davranmisdi yaxsica cavabini verdim.
FIDASQA | 24 sentyabr 2012 10:17 | Status: Şərhçi | Şərh: 263
Duzu ele saticilarla rastlaşmisaham.onlarida basa dusmek lazimdirki alverleri getmirde.paxilliqlarindan ele edirler.
cucem. | 24 sentyabr 2012 09:38 | Status: Professional user | Şərh: 4 427
Sitat: ruzgargulum
menide hemiwe eseblewdirir maqazine girmemiw satici bawinin ustunu kesdirirki ne lazimdi???Onuda deyimki men bunun caresini tapmiwam Allah komeyi olsun nauwnik icad edenin.Qulaqima taxiram oude elesini taxiramki gorunen olsun,bir saticida mene yaxinlawmir ozumcun maqazinde gezirem,baxiram,ureyim isteyenide secirem.Qizlar meslehet gorurem sizlerede.Rahat wopinq ede bileceksiniz



n33 GORMUWEM ELELERINE SATICILAR YAXINLAWMIRLAR n33 n33
Lale | 24 sentyabr 2012 09:36 | Status: Yazar | Şərh: 3 275
Sitat: ruzgargulum
SUPER FİKİRDİ SİNAMAGA DEYER

100% iwleyir.Men artiq nauwniksiz maqazine getmirem wink ozude boyuyunu alin
ruzgargulum | 24 sentyabr 2012 09:33 | Status: Brilliant user | Şərh: 2 498
menide hemiwe eseblewdirir maqazine girmemiw satici bawinin ustunu kesdirirki ne lazimdi???Onuda deyimki men bunun caresini tapmiwam Allah komeyi olsun nauwnik icad edenin.Qulaqima taxiram oude elesini taxiramki gorunen olsun,bir saticida mene yaxinlawmir ozumcun maqazinde gezirem,baxiram,ureyim isteyenide secirem.Qizlar meslehet gorurem sizlerede.Rahat wopinq ede bileceksiniz

SUPER FİKİRDİ SİNAMAGA DEYER
Princess_93 | 24 sentyabr 2012 09:15 | Status: Brilliant user | Şərh: 5 890
Lada,
ela fikirdi canim
Lale | 24 sentyabr 2012 09:11 | Status: Yazar | Şərh: 3 275
[b][/b]menide hemiwe eseblewdirir maqazine girmemiw satici bawinin ustunu kesdirirki ne lazimdi???Onuda deyimki men bunun caresini tapmiwam wink Allah komeyi olsun nauwnik icad edenin.Qulaqima taxiram oude elesini taxiramki gorunen olsun,bir saticida mene yaxinlawmir wink ozumcun maqazinde gezirem,baxiram,ureyim isteyenide secirem.Qizlar meslehet gorurem sizlerede.Rahat wopinq ede bileceksiniz
sevinc keder | 24 sentyabr 2012 09:02 | Status: Professional user | Şərh: 3 825
heqiqetende saticilar ele vezyete gelib cixiblarki artiq maqazaya girende saticinin uzune baxib qiymetini soruşmaqa cekinirem ele bil heqiqeten baxdimsa almaliyam ve ya almayacamsa qiymetini bilmek haqqim yoxdur amma ele satici ile rastlaşmişdimki oqeder uzunu xoş gormuşdumki inanin ki maqazadan cixmaq istemirdim axirda ozum qiymet soruşmaqdan bezib suall verdimki < dayi sizi bezdirirem bayaqdan esebleşmirsiz ki? > dayi ise cavab verdiki < qizim bu bizim borcumuzdur ,sizler olmasaz bizim malimiz elimizde qalar>
n7
Saray Elisaqizi | 24 sentyabr 2012 08:59 | Status: İstifadəçi | Şərh: 36
Pis sifetler.... n4 Caninin dermanida olsa onlarda hec almaq istemirsen n2 n25
Princess_93 | 24 sentyabr 2012 08:51 | Status: Brilliant user | Şərh: 5 890
tökdükləri qaş-qabaq, etdikləri giley-güzar, deyinmək adamı lap hövsələdən çıxardır
elelri olanda adam aciga hec ne almag isdemir
Alizes | 24 sentyabr 2012 08:45 | Status: Yazar | Şərh: 2 601
Çox sıx rastlanan haldır. Satıcıların mallarını sata bilmədikdə alıcılara qarşı olan aqressiyası... Satıcı dediyimiz səbrli, şirindil olmalı və etika normalarına riayət etməyi bacarmalıdırlar. Hər birimizin başına gəlib ki, hansısa mağazaya girdikdə satıcılar həmən dəqiqə pərvanə kimi hərlənirlər alıcının başına ki, "nə lazımdır? , "necə kömək edə bilərəm?" Ən nifrət etdiyim haldır. Bütün sinir sistemim alt-üst ola bilər həmən dəqiqə. O, halda "baxdım, bəyənmədim" deyə mağazanı tərk edirəm. Bəzən isə bir neçə model geyimi geyib heç birini bəyənmədiyimdə üzləri çönür. "Bağışlayın, əziyyət verdim" deyib mağazanı tərk edirəm. Bəzisi "Allah bağışlasın" deyərkən, bəzisi isə heç cavab belə vermir insana. Ya səbr! Bir dəli şeytan deyir dur həmən dəqiqə dava sal, amma o şeytana uyub özümü onların səviyyəsinə endirməməyə çalışıram. Ay yoldaş, mən məcburammı bəyənmədiyim malı səndən almağa?!...
sheh | 24 sentyabr 2012 08:45 | Status: Yazar | Şərh: 3 361
TAM RAZIYAM YAZILANLARLA..elə sifət eliyirlər ki,bir şey almayanda..elə bil özləri 200 manata bütün günü işləmirlər e..milyonerlərdir elə bil.
_Peri_ | 24 sentyabr 2012 08:35 | Status: Gümüş user | Şərh: 1 669
TWK
S24 | 24 sentyabr 2012 08:19 | Status: Gümüş user | Şərh: 798
bəzən satıcı bir müştəriyə əsəbləşib hayıfını başqa müştəridən çıxır bu haqqsızlıq olur.Bəzəndə alıcı satıcı ilə elə rəftar edir ki elə bil qarşısındakı insan deyil quldu.
Rightit | 24 sentyabr 2012 07:23 | Status: Gümüş user | Şərh: 760
Mence gunah. bawqada hec ne. camaatin haqqina girmek
Damla | 24 sentyabr 2012 07:13 | Status: Brilliant user | Şərh: 7 192
Sitat: _Mamedova_
duşunmurem ne vaxtsa bu tuşu başqasiyla evez edem,tam menim istediyim kimidi

Sirr deyilse tuwun adi nedir?? smile
Ela burdada saticilar cox mehribandir.Ayaqqaabi xestesi oldugum ucun yolum ayaqqabi satilan dukanlara tez-tez duwur.her defede qizlar eyilirki ayagima ayaqqabini geyindirsinler.Ela pis ve narahat oluramki.Deyiremki lazim deyil gozel qizlar,ozum geyinecem.
_Mamedova_ | 24 sentyabr 2012 07:02 | Status: Gümüş user | Şərh: 1 839
bizim saticilar guler uz ve şirin dildiler,bir acilayanina rast gelmemişem acigi heleki,hec yadima gelmir...bir sevmediyim şey oduki magazaya girende adamin dalindca duşurler ne istiyirsiniz?nece komek ede bilerem ? ozumu cox narahat hiss edirem bele olanda,esasen bahali kosmetika magazalarinda bele olur,o qeder olub ki hec almaq fikrinde olmadigim şeyi hipnoz edib aldiriblar mene))ama sonradan beyenmişem,bu usulnan bir tuş aldim bu yaxinlarda,Allah onu mene aldirannan razi olsun wink ,duşunmurem ne vaxtsa bu tuşu başqasiyla evez edem,tam menim istediyim kimidi
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.