Aktual / Xəbəriniz olsun!

Qadın masturbasiyası

Aynur_Qurbanqizi | 11-04-2012, 23:07
57 137 128

Qadın masturbasiyası

Əvvəlcə, qısaca masturbasiya haqqında məlumat verim. Seksual zövqü cinsi orqanları stimulyasiya etməklə də almaq olar. Bu masturbasiya adlanır. Masturbasiya insanın bədəninin erogen zonalarının əli (və ya hansısa alətlə) ilə stimulyasiya edərək özü-özünə həzz verməsi və bunun müqavilində orqazma çatmasıdır. Səhv etmirəmsə, buna onanizm də deyilir. Kişilərdə bu məsələ coxlarına məlumdursa, qadın masturbasiyası haqqında məlumat olduqca azdır. Ona görə ki, qadın seksuallığı az qəbul edilən mövzudur.  Buna baxmayaraq tədqiqatlar göstərir ki, 59 faiz qızlar (qadınlar) masturbasiya ilə məşğul olur. Bunu nəzərə alaraq bu araşdırmanı hazırlamaq istədim. 

 

Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi seksuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər. Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur. 
 Tədqiqatlar göstərmişdir ki, masturbasiya mənfi nəticələrə gətirib çıxarmır və normal seksual aktivlik sayılır. Sonuncu illərin tədqiqatlarına görə müxtəlif yaşlarda olan qadınlar və kişilər özlərinə müxtəlif üsullarla zövq verə bilərlər. Masturbasiya sizin üçün bəyənilmiş metoddursa, özünüzü narahat hiss etməyin, əgər o sizə diskomfort yaradırsa, ondan imtina edin.


Mütəxəssislər qeyd edir ki, kişilərə nisbətən qadınlarda masturbasiyaya aludəlik, ona adət etmək, onunla məşğul olmaq daha erkən yaşlarda başlayır.

Kiçik yaşlı qızlar təsadüf nəticəsində bədənlərinin müxtəlif yerlərinə özləri və ya başqaları toxunduqda xoş hislərin əmələ gəlməsini kəşf edir və sonralar özləri bilərəkdən bunu təkrar etməyə başlayırlar. Məşhur seksoloq A.Kinzinin məlumatlarına görə 7 yaşında qızların təqribən 4 faizi masturbasiya ilə məşğul olurlar (P.S. bu fakta mən də şahid olmuşam. Tanıdığım bir ana bütün günü özünü stola sürtən az yaşlı qızına bunu tərgitmək üçün çox mübarizə aparmışdı. Amma xeyri olmamışdı. Uşaq gizlinə çəkilən kimi öz vərdişini təkrarlayırdı. Bir müddət sonra məktəbə gedib başı qarışan uşaq özü bunu yavaş-yavaş tərgitdi).

Bir məsələni də qeyd edim ki, əgər kişilərdə yaş artdıqca və normal cinsi əlaqə üçün imkanlar yaranan dövrdə (21-25 yaşlarda) masturbasiyanın miqdarı azalır və nahəyət tamamilə yox olursa, qadınlarda əksinə yaş artıqca masturbasiya ilə məşğul olanların da sayı artıb 35-50 yaşlarına qədər davam edir. Mütəxəssislərin məlumatlarına görə, masturbasiyanın nə olduğunu bu yaşlarda qadınların 60-62 faizi bilir.

Müasir seksopatologiya masturbasiyaya artan psixofiziki gərginliyi aradan qaldırmağa və ya azaltmağa imkan yaradan bir vasitə kimi baxır.

 Görəsən, seksual gərginliyi azaltmaq üçün bütün qadınlarmı bunu etmək fikrinə düşürlər?

 Əlbəttə yox! Cinsi hissiyatı aşağı səviyyədə olan qadınlarda intim əlaqədə diskomfort və bununla əlaqədar gərginlik olmadığından başqa üsullara əl atmağa ehtiyac da olmur. Bir sıra qadınlar, xüsusi ilə də ehtiraslı xanımlar, hətta evli olsalar da ərləri ilə normal cinsi münasibətə girə bilmədiklərinə və ya hansısa səbəblərdən həzz almadıqları üçün orqanizmdəki gərginlikdən azad olmaq üçün kənarda qeyri-qanuni cinsi əlaqəyə girməkdənsə, masturbasiyaya üstünlük verir.

Bir çox qadınlar onanizmi pislədikləri halda, özləri də bilmədən onu həyata keçirirlər.

Masturbasiya seksual yetkin qadının cinsi əlaqə ilə təmin olunmadığını göstərir.

Buraya kişinin cinsi zəifliyi nəticəsində cinsi stimullaşmağın lazımi səviyyəyə çatmaması, kişiyə qarşı müsbət hislərin olmaması və bir çox başqa səbəblər aid edilir.

Əgər subay qadınların, qızların bu işlə məşğul olmasına haqq qazandırmaq mümkündürsə, ailəli xanımların masturbasiya etməsi insanı düşünməyə vadar edir. Əgər ailədə qadın özünü bu vasitə ilə «sakitləşdirməyə» məcburdursa, deməli əri onu cinsi əlaqə baxımından kifayətlənmədiyini başa düşmür. Bu məsələdə bir-birini anlamamaq qadın onanizminin adətə çevrilməsinə, ər-arvad arasında münasibətin soyuqlaşmasına, qadının öz hislərində tənhalığına səbəb olur. Onanizmlə əldə edilən orqazm nə qədər güclü olsa da, kişi və qadın sevgisindən alınan hislərin heç vaxt əvəz edə bilməz. Təbii ki, onanizm sevimli, arzu olunan şəxslə cinsi yaxınlıq vaxtı, hətta bu zaman orqazm vəziyyəti əmələ gəlməsə də, qadında yaranan xoş hislərin yerini vermir.

Başqalarının bu haqda nə fikirləşdiklərini deyə bilmərəm, amma şəxsi düşüncələrimə görə, müəyyən səbəblərdən kişi sevgisindən, nəvazişdən, cinsi əlaqədən məhrum xanımların masturbasiya etməsində qeyri-normal və ayıb heç nə yoxdur.

Ən azından bu böyük günahların qarşısına sipərdir. Çünki seksual, ehtiraslı qadının orqanizmi daim cinsi əlaqəyə ehtiyac duyur. Bu tələblərin ödənməsi mümkün deyilsə, o masturbasiya etməlidir. Əks halda üst-üstə yığılan gərginlik müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər.


Tibb masturbasiya haqqında

• Masturbasiya — ziyanlı və natəmiz hərəkət deyildir — o sizi kor etməz, ağlınızı almaz, sizi pozğun insana çevirməz, sonsuzluğa səbəb olmaz, boyunuzun artımını saxlamaz, hamiləliyə gətirib çıxarmaz.
• Həm oğlanlar, həm də qızlar masturbasiya ilə məşğul olurlar. Bu seksual inkişafın normal mərhələsi sayılır.
• Masturbasiya çox intim məsələdir və onunla ictimai yerlərdə məşğul olmaq olmaz.
• Əgər siz masturbasiya ilə məşğul olursunuzsa və onunla maraqlanırsınızsa, bu normal hal sayılır. Siz masturbasiya ilə məşğul olmursunuzsa və yaxud onunla maraqlanmırsınızsa, həmçinin normal insan sayılırsınız.
• Masturbasiya stresi aradan qaldırır və endorfin (zövq hormonu) hormonunun ayrılmasını aktivləşdirir və onun nəticəsində siz zövq alırsınız.
• Tədqiqatlar göstərmişdir ki, kişilərin 80%-i, qadınların isə 59%-i 18 yaşına qədər masturbasiya ilə məşğul olur.
• Ekspertlərin çoxu hesab edir ki, masturbasiya əsasən yeniyetmələr arasında olan haldır, belə ki, bu yaşda hormonların hasil edilməsi daha aktivdir. Masturbasiya bu hormonların yaratdığı gərginliyi aradan qaldırır və cinsi inkişafın mütləq tərkib hissəsi sayılır.
• Masturbasiya ilə bağlı yeganə psixoloji problem köhnədəbli və qeyri-sağlam münasibətlə (əgər insan masturbasiya ilə məşğul olursa, o utancaq olur) bağlıdır, bəzən normadan kənara çıxa bilər (məs: insanlar arasında masturbasiya etmək).

 

 
Qeyd: Namaz qılan xanımlar üçün onanizmdən sonra qüsl almaq vacib olur
(Dini kitabların birindən oxumuşdum)

 

 


N....N92 | 1 dekabr 2014 17:27 | Status: Professional user | Şərh: 4 382
Xəbər üçün təşəkkür
Nigar_ | 12 iyul 2014 20:54 | Status: Professional user | Şərh: 1 416
Birincisi onu deyim ki,bir çox userlər günah olduğunu yazır masturbasiyanın amma elə deyil yalnız məkrufdur.Yəni olmasan daha yaxşı olar.İkincisi tibbi cəhətdən də heç bir ziyanı yoxdur,amma təbii ki,çərçivəsində.
Şəxsi fikrimə qaldıqda isə qətiyyən yaxşı baxmıram.İnsan daha gözəl əməllər barədə fikirləşsə daha yaxşıdır,amma pis yola düşməkdənsə yenə bu daha yaxşıdır.
nergiz_gulu | 10 mart 2014 13:52 | Status: Şərhçi | Şərh: 71
Elbetdeki qusul vacib olur,amma mence dinde aile qurmaq beyenilir,bu yox tewekkurler
beehive | 2 dekabr 2013 19:33 | Status: Şərhçi | Şərh: 337
Xəbər üçün təşəkkür edirəm..
coco chanel | 22 iyul 2013 18:03 | Status: İstifadəçi | Şərh: 1
MAsturbasiya normaldi.Hetta dinde bele haram deyil. Masturbasiya ilə məşğul olmaq haram1 deyil, məkruhdur(Məkruh ərəb dilində “xoşlanılan və yaxud sevilənin əksi “mənasını ifadə edir) Amma ifrata varmamaq şərti ilə. Çünki bu, orqanizmdə sağlamlıq baxımından ciddi problemlər yarada bilər. Bundan xilas olmaq üçün yerinə yetirilməli olan ilk şey evlənməkdir. Başqa sözlə, masturbasiyadan yaxa qurtarmaq üçün evlənmək lazımdır.Lakin ölkəmizdə cavanların 19-20 yaşlarında evlənməyi də xeyli çətindir. Ona görə də evlənənə qədər vaxtınızı (Ramazan ayı xaricində də) oruclu keçirməyə çalışın. Çünki oruc tutmaq insanın nəfsini tərbiyə edir. Baxın, peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu barədə belə demişdir:

“Ey cavanlar! Kimin maddi imkanı varsa, dərhal evlənsin. Kimin buna gücü çatmasa, (müstəhəb) oruc tutsun. Çünki oruc onun üçün şəhvətin qarşısını alır”.3

Yeri gəlmişkən, Allaha dua etməyi və səbr etməyi unutmayın. Bu məsələdə qətiyyən səhlənkarlığa yol verməyin. Çünki Allahın köməyinə nail olmaq üçün bu iki şey mütləq olmalıdır: Səbr etmək və namaz qılmaq!

“Ey iman gətirənlər! Səbr və namazla Allahdan kömək diləyin. Çünki Allah həqiqətən də, səbr edənlərlə bərabərdir” (Bəqərə, 2/153).

Əgər bunları yerinə yetirsəniz, inşallah arzu etdiklərinizə qovuşarsınız.
http://www.muselmanlar.com/fitvalar/2177.html
leman sexy | 15 iyun 2013 05:10 | Status: İstifadəçi | Şərh: 2
Masturbasiya ile ictimai yerlerde adam yaninda mewgul olmaq olmaz. Amma gizlince bir yerde mewgul olmaga pis baxmiram eger insan tekdirse ve ehtiyac duyursa etmelidir.
mehimim | 28 may 2013 18:25 | Status: VİP user | Şərh: 668
herenin oz sexsi isidi.xeyanetdense bu yaxsidi
Akademik | 26 may 2013 04:06 | Status: Professional user | Şərh: 4 592
ətim töküldü....
RaySum | 3 may 2013 20:16 | Status: Professional user | Şərh: 2 606
Sitat: katy_777
men bu haqda fikirlerimi aciq aydin yaza bilmirem,ayib olar

ele mende
Əfşan | 27 mart 2013 03:42 | Status: Professional user | Şərh: 1 718
men bu haqda fikirlerimi aciq aydin yaza bilmirem,ayib olar
Nergiz33 | 12 dekabr 2012 12:05 | Status: VİP user | Şərh: 1 067
ayyyyyyy men bu haqda seri hokumlerde oxumusam o cox gunah bir emeldir hetda o insanin axlinin azalmasinada tesir edir oxumusam. men oxumusam bu haqda yaxsi sey deyilllll.... dinde iyrenc bir emeldir gunahlardan cox qorxurammmmm((((((((
azzi72 | 4 oktyabr 2012 15:00 | Status: İstifadəçi | Şərh: 79
Masturbasiya çox intim məsələdir və onunla ictimai yerlərdə məşğul olmaq olmaz. n3 n17 yeni bele bir fakt olub????
azzi72 | 3 oktyabr 2012 20:58 | Status: İstifadəçi | Şərh: 79
Broken heart - DIni baximdan ise gunah ve haramdi - fikriniz maraqli geldi mene, Quranda konkret buna ait aye var?

Aynur xanim - bir duzelish etmek isteyirem

Onanizm oglan ushaglarinda mastrubasiya xesteliyidir.
kishi cinsinde mastrubasiya normal hal deyil ve psixoloji bir problemdir.

Başqalarının bu haqda nə fikirləşdiklərini deyə bilmərəm, amma şəxsi düşüncələrimə görə, müəyyən səbəblərdən kişi sevgisindən, nəvazişdən, cinsi əlaqədən məhrum xanımların masturbasiya etməsində qeyri-normal və ayıb heç nə yoxdur.
- tebii ki eger hech kim gormurse, niye ayib olsun? ;))

"Bu işle Azerbaycanda 55 faiz qadinlar meşqul olur" - goresen kim sayib bunu??? :) n17
P.S | 29 avqust 2012 13:50 | Status: VİP user | Şərh: 997
maraqli xeberdi canim tskler
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.