Quru yeməklər

Cənubda ördəkdən hazırlanan döşəmə plov.

Sabahım. | 2-01-2014, 09:00
7 816 46



Lazım olan ərzaqlar
1kq düyü
1 yağlı ördək
3 nar
4 soğan
duz , istiot



Düyü 2 saat qabaq ilıq suda isladılır.Təmizlənmiş ördəyin əvvəlcə dərisi tamam soyulur , sonra bu dəri də , ördəyin özü də balaca tikələrə bölünür.Nar dənələnir balaca doğranmış soğanla qarışdırılır , hətta nar dənələrinin suyunu buraxması üçün əllə bərk sıxılır. Bu da duzlanıb , istiotlanır. Ördəyin əti hazırlanmış soğanla , nar dənələrilə qarışdırılır.
1,5 kq düyü tutan qazan götürülür.Əvvəlcə ördəyin dərisi, yağlı iç tərəfi olmaqla qazanın dibinə düzülür.Sonra bu dərinin üzərinə nar dənələri və soğanla qarışıq tikələnmiş ördək əti də yığılır və yavaşca isladılmış düyü əlavə edilir.Düyünün üzərinə çıxanadək su tökülür , azacıq duz əlavə edilir.Duz əlavə edərkən ətin də duzlu olduğunu nəzərə almaq lazımdır .Ağzı bağlanır, az xodda qazın üzərinə qoyulur.Qaynamağa başlayanda düyünün altındakı qarışığın dadı və narın qırmızı rəngi , ördəyin dərisinin yağı qaynayaraq düyüyə kecir.Suyu azalanda kəfkirlə altdakı ətə dəymədən düyü astaca götürülüb üstdən alta olmaqla cevrilir.Birazda belə qaynadıqdan sonra suyu tamam çəkiləndə artıq dəmə qoyulur.Dəmdə də 1,5 saat qalır..
Dəm aldıqdan sonra soyuq suda islanmış parçanın üstünə qoyulur ki, qazmağı yaxşı çıxsın.Böyük qab götürülür.Əvvəlcə qazanın üstündəki düyü yavaşca ora tökülür, sonra ət də ayrıca qaba yığılır.Sonda isə qazanın dibindəki qıpqırmızı qızarmıış dəri kəfkirlə yığılır.Süfrəyə veriləndə düyü ilə dəri qazmağı qarışdırılıb üstünə də ördək əti qoyulur.
Qeyd edim ki , bu cox yağlı ördəkdən hazırlandığı üçün əlavə yağa ehtiyac olmur.
Soyuq qışda süfrəniz daim isti yeməklərlə dolu olsun.

dılay | 28 oktyabr 2015 09:28 | Status: Brilliant user | Şərh: 8 166
Beh beh............................
N....N92 | 20 iyul 2014 19:11 | Status: Professional user | Şərh: 4 375
oo cox super
Narin-Ulker | 15 iyul 2014 11:59 | Status: Gümüş user | Şərh: 2 778
narin yerine levengi qoyandadaha dadli olur
Ay_Sun | 4 iyul 2014 14:58 | Status: Brilliant user | Şərh: 13 450
Bunu qaynanam edir cox dadli olur.ordekde vapse dadli alinir.Tesekkur
SABINA | 4 aprel 2014 09:59 | Status: Professional user | Şərh: 7 441
MEN BUNU BILDIRCINLE YEMISEM PIS DEYIL
Gulshen. | 23 fevral 2014 10:28 | Status: Qonaq | Şərh: 0
Dadli gorunur twkler
melek92 | 14 yanvar 2014 13:42 | Status: Şərhçi | Şərh: 177
ELLLAAA COX GOZELL...
Ayanim | 5 yanvar 2014 17:01 | Status: Gümüş user | Şərh: 1 928
doweme plovu cox sevirem.
Alice | 5 yanvar 2014 11:20 | Status: Professional user | Şərh: 5 033
Sitat: SULTANIM
caan,bu Sabahimin reseptidir.

Dadının ləzzətindən deyəsən səhv görmüşəm..
Sabahım xanım bağışlasın.. smile

Sitat: ALLEGRETTO
amma analar qızlarına plov bişirməyi də öyrətsələr lap əlaaa olardı..yoxsa hazıra nazır yeməyı hamı yeyər ))))

Başqalarını bilmirəm amma sağ olsun anam, hər bir yeməyi elə öyrədim ki, illərlə bişirməsəm yenə yadımdan çıxmaz.. Qısası hazıra nazirlərdən deyiləm... Əsas yeməyi bişirməyə həvəs lazımdır... O da məndə... Danışanda konkret danışaq da hamını bir tutmayaq..
NURLU | 5 yanvar 2014 11:04 | Status: Professional user | Şərh: 5 578
Sitat: ALLEGRETTO
amma plov bişirməyi bacaran xanımlar yoox dərəcəsində

vallah plov bisirmeyi anamdan oyrenmemisem hec hevesimde olmayib baxmaqa amma indi erdeyem ele plov bisiriremki hami dehsete gelir yeni cox dadli olur.birdeki mecbur olanda her seyi edirsen
gulcan | 5 yanvar 2014 00:49 | Status: Gümüş user | Şərh: 1 939
Sitat: Meryem_Duyqu

Görüm ,hardan qaz tapıram.Bişirməsəm lap birtəhər olarameee:)))

Can bacı,deyəsən resept xoşuna gəldi. Qaz tap hazırla. Bilmədiyin bir şey oosa buyur soruş..
ferzane | 4 yanvar 2014 21:21 | Status: VİP user | Şərh: 1 045
bizde bele etmirle
Meryem_Duyqu | 4 yanvar 2014 13:40 | Status: Yazar | Şərh: 4 146
Sitat: gulcan
Qazı dograyırsan qoyursan qaynamaga. Tam bişirirsən. Sonra kənarda bolca sogan dogranılır,yarım halqa formasında(soganı ortadan bolub dograyırsan),Soganla yagda qovrulur. Biz şabalıdı oncədən hazırlayıb soyuducuda saxlayırıq,ama təzə şabalıdda olar. Şabalıdı təmizləyirsən. Sogan qovrulandan sonra şabalıd icinə tokülür,bir necə dəqiqə qovrulur,sonra üstünə qaz əti yıgılır. Vam xodda şabalıd tam yumuşalanacan bişirilir.. Duz istiot da yaddan cıxmır. İstəsən zövqə görə 5-10ədəd zirinc də əlavə edə bilərsən, biraz dadını turşməzə edir. Yanında da bir qazan aş süzürsən. Bəh bəh bəh... Nuş elə

Görüm ,hardan qaz tapıram.Bişirməsəm lap birtəhər olarameee:)))
gulcan | 4 yanvar 2014 11:41 | Status: Gümüş user | Şərh: 1 939
Sitat: canım aşkım

zehmet olmasa yazdigin qaz eti reseptini nece edirsen yazardin

Başüstə
Qazı dograyırsan qoyursan qaynamaga. Tam bişirirsən. Sonra kənarda bolca sogan dogranılır,yarım halqa formasında(soganı ortadan bolub dograyırsan),Soganla yagda qovrulur. Biz şabalıdı oncədən hazırlayıb soyuducuda saxlayırıq,ama təzə şabalıdda olar. Şabalıdı təmizləyirsən. Sogan qovrulandan sonra şabalıd icinə tokülür,bir necə dəqiqə qovrulur,sonra üstünə qaz əti yıgılır. Vam xodda şabalıd tam yumuşalanacan bişirilir.. Duz istiot da yaddan cıxmır. İstəsən zövqə görə 5-10ədəd zirinc də əlavə edə bilərsən, biraz dadını turşməzə edir. Yanında da bir qazan aş süzürsən. Bəh bəh bəh... Nuş elə
Miss_Xerceng | 4 yanvar 2014 00:48 | Status: Şərhçi | Şərh: 314
ördek eti menlik deyil:(
ŞokaLaTovA PeÇeNyA. | 3 yanvar 2014 14:01 | Status: Gümüş user | Şərh: 2 064
Yememisen ordek etini ne bilirsen lezzetini ))) resept ucun tesekkurler
Lumia | 3 yanvar 2014 12:24 | Status: Professional user | Şərh: 5 404
Plovun her novunu sevirem,tesekkurler.
Ulviyye | 3 yanvar 2014 03:21 | Status: Gümüş user | Şərh: 2 849
gece gece lap istedimeee))ellirinize saliq bizde bele edirik dadina soz yoxdu superr

gece gece lap istedimeee))ellirinize saliq bizde bele edirik dadina soz yoxdu superr
canım aşkım | 3 yanvar 2014 02:01 | Status: Şərhçi | Şərh: 248
Sitat: gulcan
Dayımın yoldaşı rayondan ördək göndəribmənə.. Ama bayrama bişirmədik.. Qaz bişirdik bayrama. Bəh bəh.. Bol soganla,şabalıdla. Yanında da plov... Qaz ördəyi cox sevirəm. Toyuqdan qat qat ləzzətlidirlər.. Mən də cənubluyam,Biləsuvardan. Ona görə də uşaqlıqdan,qaz,ördək,hinduşka ətini cox yemişəm.. Ama elə adamlar var ki hec qaz,ördəyin dadını da bilmir..

zehmet olmasa yazdigin qaz eti reseptini nece edirsen yazardin
M.Aliyeva | 2 yanvar 2014 23:31 | Status: Gümüş user | Şərh: 1 980
ORDEYI SEVMIRE HEC QAZI DA ,IY GELIR.
su peerisi | 2 yanvar 2014 22:42 | Status: Gümüş user | Şərh: 960
Qaz,ordek eti xoslamiram.
Leyla. | 2 yanvar 2014 22:35 | Status: Professional user | Şərh: 2 603
Dadli gorunur tewekkur.
Sabahım. | 2 yanvar 2014 21:06 | Status: Professional user | Şərh: 3 372
Sitat: ALLEGRETTO
yani qızlarında gələcəyi var nə vaxtsa onlarında plovunun dadına baxmaq istəyən olar

İNANMIRAM HANSISA QIZ PLOV BİŞİRMƏYİ BİLMƏSİN...
yalniz arzu | 2 yanvar 2014 19:29 | Status: Gümüş user | Şərh: 1 763
SUPER BİR RESEPT.BELƏ PLOVU KİM İSTƏMƏZ Kİ.ƏLLƏRİNİZƏ SAGLIG.
Girl | 2 yanvar 2014 18:38 | Status: Professional user | Şərh: 8 224
ördək ətini xoşlamıram təşəkkür
SEVDA | 2 yanvar 2014 17:36 | Status: Nəzarətçi | Şərh: 17 631
ördek yox,qaz etini xowlayıram....resepte göre twk...
ALLEGRETTO | 2 yanvar 2014 17:34 | Status: Gümüş user | Şərh: 2 235
Maraqldır plovçün ölən xanım qızlar çooxdur ..amma plov bişirməyi bacaran xanımlar yoox dərəcəsində smile ..Allah mamaların canın sağ eləsin ..plov bişirən əlləri var olsun)) məsləhət vermək böyüklük kimi çıxmasın ..amma analar qızlarına plov bişirməyi də öyrətsələr lap əlaaa olardı..yoxsa hazıra nazır yeməyı hamı yeyər )))) ..yani qızlarında gələcəyi var nə vaxtsa onlarında plovunun dadına baxmaq istəyən olar wink
Nərmin.bayram | 2 yanvar 2014 17:30 | Status: Gümüş user | Şərh: 2 318
MƏNDƏ CƏNUBLUYAM HƏMİDƏ LERİKDƏN BİZDƏ BİŞİRMİŞDİY HƏYƏRİMİZİN ÖRDƏYLƏRİNNƏN BƏH BƏH BƏHHH...YEMƏDƏ YANINDA YAT AMMAKİ BİZ LƏVƏNGİSİZ HEÇ BİR BAYRAMI KEÇİRMƏDİYİMİZƏ GÖRƏ ÖRDƏYİDƏ LƏVƏNGİ ELƏDİK ÇOOOX DADLIDI KİM İSDƏYİR QONAQ OLA BİLƏR ÇÜNKİ HƏLƏ ÖRDƏYİMİZ ÇOOOOXDUR

Sitat: gulcan
Dayımın yoldaşı rayondan ördək göndəribmənə.. Ama bayrama bişirmədik.. Qaz bişirdik bayrama. Bəh bəh.. Bol soganla,şabalıdla. Yanında da plov... Qaz ördəyi cox sevirəm. Toyuqdan qat qat ləzzətlidirlər.. Mən də cənubluyam,Biləsuvardan. Ona görə də uşaqlıqdan,qaz,ördək,hinduşka ətini cox yemişəm.. Ama elə adamlar var ki hec qaz,ördəyin dadını da bilmir..

AY BAJI HAKLISAN CƏNUBDA ÇOOX BOLDUR BU EV QUŞDARINNAN HAMISI ÇOOOX DADLIDIR
SULTANIM | 2 yanvar 2014 17:24 | Status: Ekspert | Şərh: 4 761
Sitat: alice.
Bəh bəh bəh...Plovu çoooooooooox sevirəm mənim üçün fərq etmir tərkibində nələr var... Bir-iki plovu çıxmaq şərtiylə... Bu plovda əla görünür...
Təşəkkürlər Sultanım bacı...

caan,bu Sabahimin reseptidir.
Ayan92 | 2 yanvar 2014 16:50 | Status: Professional user | Şərh: 3 065
Sitat: Sabahım.
Sitat: sheh
deyir yeməmisən qaz ətini -nə biləsən ləzzzətini.Amma mən bilirəmŞ,çünki Masillidan yaxin rəfiqəm var olarda dəfələrlə yemişəm, olar düyünü bir az yumşaq bişirirlər bakılılardan-bizlərdə gərək dən dən olsun.Amma hər hansı aş olursa olsun çox xoşuma gəlir.çox sağ ol, Sabahim, sən cənubdansan, bacı? hansı zonadan?

ŞEH BACI DÜZ DEYİRSƏN YUMŞAQ BİŞİRİRK.HƏM DƏ TƏK EV ÖRDƏYİNDƏN DEYİL ÇÖL ÖRDƏYİNDƏN QAZINDAN QAŞQALDAQDAN GƏRƏFDƏN DƏ BİŞİRİRİK.BƏ-BƏH..BƏHH.
ŞEH BAÇI CƏNUBLUYAM..ÖZÜDƏ İKİTƏRƏFLİ..LƏNKƏRAN QIZIYAM MASALLI GƏLİNİYƏM.MASALLININ ÖZÜNƏ GƏLİN GETMİŞƏM AMMA BAKIDA OLURUQ.

Nə yaxşı.Mən də Lənkəranda yaşayıram.Bizim tərəflərin yeməklərinə söz ola bilməz.
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.